Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ordumuzun zəfər yürüşü davam edir

0

  •             30 ilə yaxındır ki, davam edən, Azərbaycan xalqına zorla sırınan Dağlıq Qarabağ konflikti artıq son günlər özünün kliminasiya nöqtəsinə gəlib çatmışdır. Sentyabr ayının 27-də düşmənin ölkəmiz üzərinə xain hücumuna cavab olaraq müzəffər Azərbaycan ordusu güclü əks hücum həmləsi ilə mənfur düşməni geri çəkilməyə məcbur etdi. Həmin gündən Azərbaycan ordusu Ali Baş komandan cənab İlham Əliyevin əmri ilə erməni quldurları tərəfindən işğal edilmiş dədə-baba torpaqlarımızın düşməndən azad edilməsinə başlamışdır. Qısa zaman kəsiyində bir çox ərazilərimiz, o cümlədən Cəbrayıl şəhəri murdar düşməndən azad edilmişdir və ordumuzun zəfər yürüşü davam edir. 4 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev cəbhədəki vəziyyət, Azərbaycan ordusunun hazırkı əhval-ruhiyyəsi, dünya ictimaiyyətinin mövcud duruma baxışı haqqında Azərbaycan vətəndaşlarına müraciət edərək onları məlumatlandırdı. Prezident müraciəti zamanı qeyd etdi ki, bizim heç kəsin torpağında, heç kəsin ərazisində gözümüz yoxdur. Biz hal-hazırda 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan əzəli və əbədi torpaqlarımızı mənfur düşnəndən azad edirik. Bu proses sonuncu erməni əsgəri Azərbaycan torpaqlarından qovulanadək davam edəcəkdir. Ölkə başçısı vurğuladı ki, 27 ildir ki, işğal altındakı torpaqlardan erməni quldur qoşunlarının çıxarılması barədəki BMT-nin 4 qətnaməsinə Ermənistan tərəfindən məhəl qoyulmur və beynəlxalq qurumlar da bu ölkəyə qarşı heç bir təsirli tədbir görmürlər.                                                      Ölkə Prezidentinin də qeyd etdiyi kimi, 30 ilə yaxın müddətdə susmağa üstünlük verən bəzi ölkələr Azərbaycan öz torpaqlarını azad etməyə qalxdıqda, ölkəmizi dərhal atəşkəs elan etməyə çağırırlar. Həmin ölkə rəhbərləri ermənilər hər gün atəşkəs rejimini pozub, azərbaycan postlarını atəşə tutub, keşik çəkən əsgərlərimizi öldürəndə harada idilər? 30 ildir ki, həmsədr ölkələrin nümayəndələrinin Azərbaycanla Ermənistan arasında gedib-gəlməkdən ayaqları yağır olub, amma ortada heç bir nəticə yoxdur. 30 ildir ki, Azərbaycan xalqı sizin sülh nağıllarınızla yatıb oyanır. Nədən torpaqlarımız bu müddət ərzində azad edilməyib? Axı, özünüz dəfələrlə qeyd etmisiniz ki, status-kvo olduğu kimi saxlanıla bilməz. Bəs nə üçün məsələ bu illər ərzində öz həllini tapmayıb? Nəhayət, nədən narahatsınız?                                            Ali Baş komandan müraciət zamanı bütün məsələləri dəqiq incəliyi ilə öz ölkəsinin vətəndaşları qarşısında bir daha sərgilədi. Baxmayaraq ki, Ermənistan adlanan quldur dövlətin baş naziridir, Paşinyan adlı bir təlxəyin Azərbaycana qarşı etdiyi yaramaz hərəkətlərin sayı hesabı yoxdur. O, gah cıdır düzündə azərbaycan musiqisinin sədaları altında rəqs edir, gah Qarabağ Ermənistandır deyir, gah ölkəmizə qarşı 7 şərt irəli sürür, gah da arvadını gətirib Qarabağda hərbi formada, əlində avtomat şəklini çəkdirib bizi qıcıqlandırır, bir növ təhqir edirdi. Paşinyanın başı cəzasızlıqdan o qədər gicəllənmişdi ki, özünü qəhrəman hesab edirdi.                                    Ölkə başçısı qeyd etdi ki, dünən meydan oxuyan Paşinyan, bu gün artıq komik duruma düşüb, olduqca misgin vəziyyətdə ayrı-ayrı böyük ölkələrin başçılarına zəng edib yalvarır ki, Azərbaycana təsir göstərin ki, atəşi dayandırsın. Ancaq indi çox gecdir. Geriyə yol yoxdur.                  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son müraciəti bir daha onu göstərdi ki, Ali Baş komandan tarixi torpaqlarımızın mənfur düşməndən azad edilməsində israrlıdır və heç bir qüvvə onu bu niyyətindən döndərə bilməz. "Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!"          Nəcəf Həsənov,                                                         Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib56 dəfə
    Ordumuzun zəfər yürüşü davam edir

    Maraqlı gələ bilər
    72
    88
    48
    50
    29